REGİONLAR


Oğuzlu gənclər Dövlət Bayrağı Günündə yürüş təşkil ediblər

Oğuz, 10 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Dövlət Bayrağı Günü Oğuz rayonunda da bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Oğuz şəhərində keçirilən bayraq yürüşünün iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Yürüş iştirakçıları sonra Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Rayonun rəhbər işçilərinin, ictimaiyyət nümayəndələrinin, yüzlərlə gəncin iştirak etdiyi yürüş Bayraq Meydanında başa çatıb.

Meydanda keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Etibar Yusifov çıxış edərək, başımız üzərində dalğalanan üçrəngli bayrağın dövlətimizin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən biri olduğunu bildirib. Vurğulanıb ki, xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.