REGİONLAR


Oğuzlu kümçülər bu il 6,3 tondan çox barama istehsal ediblər

Oğuz, 25 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunda istehsalçılardan yaş barama tədarükü əsasən başa çatıb. Builki mövsümdə barama yetişdirmək üçün rayonda 65 kümçü ilə müqavilə bağlanılıb, onlara 220 qutu, yəni 4 kiloqram 180 qram ipəkqurdu paylanılıb. Oğuzlu kümçülər qəbul məntəqəsinə 6 ton 358,8 kiloqram yaş barama təhvil veriblər. Barama istehsalı ötən illə müqayisədə dəfələrlə artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda rayonun təsərrüfatlarında taxıl biçini də mütəşəkkil davam etdirilir. Cari mövsümdə rayonda 16 min 423 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 12 min 57 hektarını buğda, 4 min 366 hektarını arpa sahələri təşkil edir. İndiyədək 6 min 500 hektar buğda və 4 min 90 hektar arpa sahəsinin məhsulu biçilib, 35 min 671 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 33,7 sentner təşkil edir. Hazırda sahələrdə 45 kombayn işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.