REGİONLAR


Oğuzun Yemişənli kəndində ümumi orta məktəb üçün modul tipli yeni bina tikilib

Oğuz, 20 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Sentyabrın 20-də Oğuz rayonunun Yemişənli kənd ümumi orta məktəbi üçün inşa edilən 80 şagird yerlik modul tipli yeni bina müəllim və şagirdlərin istifadəsinə verilib. Bu münasibətlə jurnalistlərin və təhsil ekspertlərinin iştirakı ilə Oğuz rayonuna mediatur təşkil olunub.

Açılış mərasimində Təhsil Nazirliyinin və rayon təhsil şöbəsinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, mərasimdə ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edilib. Diqqətə çatdırılıb ki, təkcə son on ildə Oğuz rayonunda 17 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 məktəb binası əsaslı təmir olunub. Bu il Təhsil Nazirliyi tərəfindən 3 kənd məktəbi üçün modul tipli yeni binalar inşa edilib. Hazırda rayonun Padar kənd məktəbində əsaslı təmir işləri davam etdirilir.

Sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. 80 şagird yerlik məktəb 10 sinif otağı, müəllimlər otağı və yardımçı otaqlardan ibarətdir. Məktəbdə 73 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 18 müəllim məşğul olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.