REGİONLAR


Oğuzun təsərrüfatlarında 13,5 min hektar sahədə yay şumu çıxarılıb

Oğuz, 23 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun təsərrüfatlarında payızlıq bitkilərin səpini üçün yay şumunun çıxarılması davam edir. İndiyədək təsərrüfatlarda 13,5 min hektar sahədə yay şumu qaldırılıb. Səpin aparılacaq sahələrin şumlanmasına 160 traktor cəlb olunub. Bu ilin payızında rayonda gələn ilin məhsulu üçün 17 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, builki mövsümdə rayonda 16 min 135 hektar sahənin məhsulu biçilib, 50 min 319 ton taxıl istehsal olunub. Hər hektarın orta məhsuldarlığı 31,2 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 411 ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.