DÜNYA


Ohayoda yəhudi icma mərkəzində qırğın törətməklə hədələyən antisemit həbs edilib

Vaşinqton, 19 avqust, AZƏRTAC

Bazar günü Amerika KİV-ləri ağdərililərin üstünlüyünün tərəfdarlarından olan birinin növbəti həbsi barədə məlumat yayıblar.

AZƏRTAC xəbər verir ki, 20 yaşlı oğul Ceyms Rirdon Nyu-Midltaunda yerli yəhudi icması mərkəzinin ziyarətçilərinə qarşı kütləvi divan tutma ilə hədələmələrə görə həbs edilib.

Cümə günü əməliyyatın gedişində Federal Təhqiqatlar Bürosunun (FTB) zorakılıq cinayətləri üzrə əməliyyat qrupu Rirdonun evində yoxlama apararaq, silah və döyüş sursatlarının, o cümlədən onlarla güllə, bir neçə yarıavtomat silah, əleyhqaz və gülləkeçirməyən jiletin olduğu gizli saxlanc yerini müsadirə ediblər.

Rirdona qarşı çətin vəziyyətlər zamanı “telekommunikasiya təzyiqləri” və hədələmələr ittihamı irəli sürülüb. O, Maxoninq həbsxanasında saxlanılır.

“Biz FTB-nin, hüquq-mühafizə orqanlarının və Yanqstaunun yəhudi icmasındakı dostlarımızın işinə görə təşəkkürümüzü bildiririk. Biz ağ millətçiliyin və zorakı ekstremizmin yayılmasını dayandırmaqdan ötrü bütün imkanlarımızdan istifadə olunmasını davam etdirəcəyik”, - deyə Klivlenddə Diffamasiyaya qarşı Liqanın nümayəndələri özlərinin “Twitter” səhifələri vasitəsilə bəyan ediblər.

Polis ilk dəfə Rirdon barədə iyulun 11-də xəbər tutub. O vaxt Rirdon yarıavtomat tüfəngdən atəş açan şəxsin videosunu “Instagram”da yerləşdirmişdi. Videonun arxa fonunda qışqırıqlar və sirena eşidilirdi. O, öz məlumatında Yanqstaundakı Yəhudi İcma Mərkəzini qeyd edib. Rirdon daha əvvəl ictimaiyyətə açıqlamışdı ki, o, öz vətəninin yalnız ağdərili insanlar üçün yaradılmasını görmək istəyir. Polis, həmçinin sosial şəbəkələrdə onun səhifəsinin azlıqlar barədə irqi təhqirlərlə və alçaldıcı bəyanatlarla dolu olduğunu aşkarlayıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.