DÜNYA


Oiça prefekturasında leysan yağışlardan sonra məktəblər fəaliyyətini bərpa edir

Tokio, 11 iyul, AZƏRTAC

Yaponiyanın cənub-qərbində yerləşən Oiça prefekturasında bir həftəyə yaxın davam edən leysan yağışlardan sonra məktəblər fəaliyyətini bərpa edir. Bu barədə NHK telekanalı məlumat yayıb.

Xəbər verdiyimiz kimi, Kyuşu adasının şimalını əhatə edən leysan yağışlar nəticəsində bu regiona rekord miqdarda yağıntı düşüb. Daşqınlar və torpaq sürüşmələri nəticəsində regiona ciddi ziyan dəyib. Tufan yerli hakimiyyət orqanlarını məktəblərin əksəriyyətində dərs prosesini dayandırmağa məcbur edib.

Axtarış-xilasetmə əməliyyatları zamanı 22 nəfərin həlak olduğu, 20-dən çox sakinin isə itkin düşdüyü bildirilir.

Milli Torpaqlar və Nəqliyyat Nazirliyi bildirib ki, təbii fəlakət nəticəsində beş prefekturada 44 torpaq sürüşməsi və 38 yerdə çayların daşması qeydə alınıb.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib ki, hökumət yerli hakimiyyət orqanları ilə birlikdə dəyən zərərin miqdarını tezliklə müəyyən etməyə çalışır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.