DÜNYA


Oklahomada tornado və daşqınlar azı 6 nəfərin həyatına son qoyub

Bakı, 27 may, AZƏRTAC

ABŞ-ın Oklahoma ştatında tornado, qasırğa və daşqınlar nəticəsində həlak olanların sayı 6 nəfərə çatıb.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, El-Reno şəhəri və Mayers dairəsinin hər birində iki nəfər həlak olub. Daha iki nəfər isə Peyn və Stivens dairələrində həyatını itirib. Ümumilikdə isə əlverişsiz hava şəraiti səbəbindən ABŞ-ın mərkəzi hissəsində həlak olanların sayı 10 nəfərə çatır.

Hazırda təbii fəlakətdən daha çox zərər çəkən rayonlarda xilasetmə əməliyyatı davam edir. Oklahoma və Kanzas ştatlarında çay sahilində yerləşən bir neçə şəhərin əhalisi daşqın təhlükəsi səbəbindən təxliyə edilir.

Oklahoma Səhiyyə İdarəsinin məlumatına görə, ştatın tibb müəssisələrinə azı 92 nəfər daxil olub.

Xatırladaq ki, bu ilin aprel ayında ABŞ-ın cənub rayonlarında 10-dan çox insanın ölümü ilə nəticələnən 16 tornado qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.