CƏMİYYƏT


Oksford Universitetinin professoru Rəşid Cavanşir Respublika Seysmoloji Xidmət Mərkəzində olub

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) və Böyük Britaniyanın Oksford Universiteti arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr davam etdirilir.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iyulun 14-də Oksford Universitetinin nümayəndəsi və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rəşid Cavanşir Respublika Seysmoloji Xidmət Mərkəzində olub.

Görüşdə RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev, RSXM-in baş direktorunun elmi işlər üzrə müavini Rauf Muradov, eləcə də müvafiq şöbələrin rəhbərləri iştirak ediblər.

Görüş zamanı Respublika Seysmoloji Xidmət Mərkəzində zəlzələlərin öyrənilməsi sahəsində tətbiq edilən tədqiqat metodları, eləcə də geodinamika və geofizika tədqiqatlarına dair məsələlər müzakirə olunub. Həmçinin müzakirələrdə Böyük Britaniyanın Oksford Universiteti ilə əməkdaşlıq ediləcək sahələr üzrə məsələlərə də baxılıb və qarşılıqlı təcrübə mübadiləsinə dair təkliflər irəli sürülüb.

Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova mərkəzin fəaliyyətinə dair təqdimatla çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.