DÜNYA
Oksford və Kembric universitetləri maddi vəziyyəti zəif olan tələbələrin qəbulunu artıracaq
London, 14 fevral , AZƏRTAC
Britaniyanın nüfuzlu ali təhsil ocaqlarından sayılan Oksford və Kembric universitetləri maddi vəziyyəti zəif olan tələbələrin qəbulunu artıracaq.
AZƏRTAC xəbər verir ki, əvvəllər Oksfordda belə tələbələrin sayı 3,7 faiz, Kembricdə isə 4,8 faiz təşkil edirdisə, qarşıdakı beş ildə hər iki universitet onların sayını 7 faizə çatdırmağı planlaşdırır.
Britaniyada “Sutton Trust” fondu tərəfindən aparılan araşdırmada Oksford və Kembric universitetlərində yerlərin 42 faizinin özəl məktəblərin məzunları tərəfindən tutulduğu müəyyən edilib.
Tələbə Təşkilatının üzvü Kris Milvard yeni qərarın cəmiyyətin əsas problemlərindən olan bərabərsizliyə qarşı mübarizə aparmaq məqsədi daşıdığını bildirib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]