Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Oktay Səmədov: Bilik Fondu fəaliyyətini daha da təkmilləşdirmək əzmindədir

Oktay Səmədov: Bilik Fondu fəaliyyətini daha da təkmilləşdirmək əzmindədir

Bakı, 1 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Prezident İlham Əliyevin 2014-cü il 7 may tarixli Fərmanı ilə yaradılıb. Ötən illər ərzində fond əhəmiyyətli uğurlara imza atıb, onun həyata keçirdiyi ölkədaxili və beynəlxalq layihələr böyük maraqla qarşılanıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun AZƏRTAC-a məxsusi müsahibəsində bu qurumun fəaliyyətindən, gördüyü işlərdən bəhs olunur. Həmin müsahibəni təqdim edirik:

- Oktay müəllim, ötən ilin yekunlarına nəzər salanda ölkədə qazanılan nailiyyətləri necə dəyərləndirərdiniz? Yola saldığımız 2017-ci il yaddaşınızda hansı uğurlarla qaldı?

-2017-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında özünəməxsusluğu və rəngarəngliyi ilə yadda qaldı. Uğurla həyata keçirilən düşünülmüş iqtisadi siyasət, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan ciddi addımlar, ölkə daxilində ictimai-siyasi sabitliyin qorunması və digər amillər iqtisadiyyatımızı müasir dünyada mövcud olan və hər bir dövlət üçün təhlükə yaradan qlobal risklərdən qorumağa imkan verdi.

İqtisadi sahədə əldə olunan uğurların təməlində Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində ölkədə ötən ilin əvvəlindən həyata keçirilməyə başlayan iqtisadi islahatlar dayanır. 2017-ci ilin ilk günlərindən iqtisadiyyatın əsas 11 sektorunu əhatə edən Strateji Yol xəritələrinin həyata keçirilməsinə başlanılıb, ölkəmiz dinamik və davamlı inkişaf yoluna qədəm qoyub.

“Cənub Qaz Dəhlizi”nin tərkib hissələri - TANAP və TAP qaz boru kəmərlərinin inşası layihəsinin uğurla davam etdirilməsi, “Azəri-Çıraq-Günəşli” neft yataqlar blokunun işlənilməsinin 2050-ci ilədək uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi, iki milyard ton neft hasilatına nail olunması və müxtəlif bölgələrdə iri sənaye müəssisələrinin fəaliyyətə başlaması ölkəmizin iqtisadi həyatında yaşanmış ən əlamətdar hadisələrdir.

Azərbaycanın Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda reytinqdə iki pillə irəliləyərək 35-ci yerdə, “Dünya Bankı” tərəfindən hazırlanmış hesabatda 190 ölkə arasında 57-ci mövqedə qərarlaşması, həmçinin Avropa və Mərkəzi Asiya regionunda ən islahatçı üç ölkədən biri kimi qəbul olunması ölkəmizin iqtisadi uğurlarının dünya miqyasında tanınmasının parlaq göstəricisidir.

Bu gün Azərbaycanın beynəlxalq nüfuzu kifayət qədər yüksəkdir. Ölkəmizin müasir dünyanın aktual problemlərinin müzakirə olunduğu məkana çevrilməsi, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın dünya ölkələri sırasında geosiyasi əhəmiyyətinin durmadan artığını göstərir. Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başlanılması, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, dövlətimizin başçısının BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında dərin məzmunlu nitqi ötən ilin yaddaqalan hadisələrindəndir.

Ötən ilin fevralında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi dövlətçiliyin möhkəmlənməsi, idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addım oldu.

Prezident İlham Əliyevin erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamına əsasən kəndə qayıdan əhali üçün yaşayış evlərinin, məktəb binasının, Şuşa məscidinə bənzər dini məbədin inşası, müvafiq infrastrukturun yaradılması ötən ilin doğma torpaqlarımıza “Böyük qayıdış”ın başlanğıcından xəbər verən mühüm tarixi hadisəsinə çevrildi.

“İslam Həmrəyliyi İli”ndə xalqımızın milli mənəvi və dini dəyərlərinə yüksək qiymət verdiyi, ölkəmizin dini tolerantlığın nümunəsi olduğu bir daha bütün bəşər əhlinə bəlli oldu. Dünyanın 54 ölkəsini təmsil edən 3 mindən çox idmançını bir araya gətirmiş, 1 milyarddan artıq tamaşaçı tərəfindən izlənilmiş IV İslam Həmrəyliyi Oyunları istər bütün regionda, istərsə də beynəlxalq miqyasda Azərbaycanın mövqelərini daha da möhkəmləndirdi.

Azərbaycanın ötən ildə əldə etdiyi nailiyyətlər 2018-ci ilin ölkəmiz üçün daha da uğurlu olacağını deməyə əsas verir.

-“İslam Həmrəyliyi İli”ndə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyəti nədən ibarət oldu?

-“İslam Həmrəyliyi İli”ndə Bilik Fondu ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması, milli mənəvi dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərib. Fondun 76 şəhər və rayon nümayəndəsi yerli əhalinin maarifləndirilməsi ilə bağlı bir sıra tədbirlərin təşəbbüskarları və təşkilatçıları olub, mühazirə və təlimlərin müasir tələblərə uyğun keçirilməsini təmin ediblər. Fondun dəstəyi ilə Qax, Oğuz, Şəmkir, İsmayıllı rayonlarında və Bakı şəhərinin Nardaran qəsəbəsində fəaliyyət göstərən bilik evlərində aktual mövzularda mühazirə, təlim, müzakirə və təqdimatlar, tanınmış elm adamları, mədəniyyət xadimləri ilə görüşlər, “dəyirmi masa”lar, ödənişsiz təlim kursları təşkil edilib, dərnəklər yaradılıb. 2017-ci ildə Tərtər, Astara, Ağdaş və Ağstafa rayonlarında bilik evləri fəaliyyətə başlayıb. Hazırda bilik evlərində “Kompüter texnologiyaları və kargüzarlıq işi”, “İngilis dili”, “Rus dili”, “Ədəbi yaradıcılıq”, “Toxuculuq”, “Rəssamlıq” və “Bələdçilik” üzrə təlim kursları və dərnəklər fəaliyyət göstərir.

Bilik Fondu “İslam Həmrəyliyi İli” ilə əlaqədar respublika və beynəlxalq səviyyəli 9 elmi-praktik konfransın təşkilatçısı olub, ölkənin müxtəlif bölgələrində və xaricdə 200-dək mühazirə təşkil edib.

15 sentyabr – Bilik günündə ölkənin bütün bölgələri əhatə olunmaqla 61 orta, 33 orta ixtisas, 15 ali təhsil müəssisəsində, Heydər Əliyev mərkəzləri, mədəniyyət və gənclər evlərində alim, tədqiqatçı və mütəxəssislərin, Milli Məclisin deputatlarının iştirakı ilə 120 mühazirə keçirilib. Tədbirlərdən 14.000-dən çox dinləyici faydalanıb.

Bir çox təhsil müəssisələrində IV İslam Həmrəyliyi Oyunları ilə bağlı təqdimatlar keçirilib, könüllülər hazırlığı məqsədilə ərəb dili üzrə təlimlər təşkil edilib. Fondun Rus Pravoslav kilsəsində Azərbaycan dili üzrə ödənişsiz təlim kursları da “İslam Həmrəyliyi İli”ndə ölkəmizdə tolerantlıq ənənələrinin möhkəmlənməsi və multikultural mühitin zənginləşməsinə xidmət göstərən addım kimi dəyərləndirilə bilər. Hazırda Bakı şəhərindəki kilsələrdə, “Sodrujestvo” İctimai Birliyində, Qəbələ rayonunun Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsində etnik qrupların 100-dən çox nümayəndəsinə dövlət dili tədris olunur.

-Bu gün ictimaiyyətin məlumatlandırılması üzrə məqsədyönlü proses kimi anlaşılan maarifləndirmə Bilik Fondunun başlıca missiyasıdır. Əhalinin hansı sahələr üzrə maarifləndirilməsinə xüsusi diqqət yetirilib və bu növ fəaliyyətin statistik təsviri barədə nə deyərdiniz?

-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında 2016-cı il 16 mart tarixli Sərəncamının şərhi, bu sahədə görülmüş işlərin təbliği ilə əlaqədar əhali arasında maarifləndirmə işinin gücləndirilməsi məqsədilə ölkənin müxtəlif bölgələrində mühazirələr təşkil edilib. Milli Məclisin deputatları və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri şəhər və rayonların Heydər Əliyev mərkəzlərində, kənd təsərrüfatı və sənaye müəssisələrində müvafiq mövzularda mühazirələrlə çıxış ediblər.

Dövlətin daxili və xarici siyasətinin mahiyyətinin əhaliyə çatdırılması, ideoloji işin təkmilləşdirilməsinə dəstək verilməsi məqsədilə Bilik Fondu ötən ilin təkcə iyun ayında respublikanın 23 şəhər və rayonu əhatə olunmaqla 22 Heydər Əliyev Mərkəzində, 18 ali və orta təhsil müəssisəsində, 4 elm və mədəniyyət ocağında “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” və “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında silsilə mühazirələr təşkil edib. Tədbirlərin nəticəsi olaraq, “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun lektoriyası” silsiləsindən ilk mühazirələr toplusu nəşr edilib və növbəti buraxılış çapa hazırlanıb.

2017-ci ildə Bilik Fondu tərəfindən respublikanın müxtəlif bölgələrində ümumilikdə 417 mühazirə və 46 təlim təşkil edilib. Geniş coğrafi ərazidə əhalinin müxtəlif təbəqələrini və sosial qrupları əhatə edən mühazirələr şəhər və rayonlarda fəaliyyət göstərən dövlət idarə və təşkilatlarında, elm və mədəniyyət, orta və ali təhsil müəssisələrində dinlənilib.

AMEA-nın institutları və müvafiq qurumlarının əməkdaşları tərəfindən 100, ali məktəblərin müəllimləri tərəfindən 72, Milli Məclisin deputatları tərəfindən 27, digər təşkilat və müəssisələrdə çalışan mütəxəssislər tərəfindən 188, xarici ölkə alimləri və tədqiqatçıları tərəfindən 30 mühazirə keçirilib.

“Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Portuqaliya, Litva, İndoneziya, Misir alimlərinin mühazirələrini yerli tədqiqatçılar və gənclər xüsusi maraqla qarşılayıblar. Rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsovun Şəmkir, Mingəçevir, Gəncə və Naftalan şəhərlərində mühazirələri, “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının, Xocalı soyqırımının Rusiya Dumasında tanınması məqsədilə hazırladığı petisiyanın təqdimatları təşkil olunub.

Fondun təşkil etdiyi mühazirələrə ümumilikdə 300-dən çox alim və tədqiqatçı, təhsil, mədəniyyət və səhiyyə işçisi, tanınmış ziyalılar cəlb olunublar.

-Bilik Fondu yarandığı gündən maraqlı bir layihəyə - “Qardaşlaşmış məktəblər” layihəsinə imza atıb. Fondun bu layihəsi davamlıdırmı?

-Prezident İlham Əliyevin yeniyetmə və gənclərin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət və qayğı ilə yanaşması ölkədə bir çox layihələrin gerçəkləşməsinə böyük təkan verir. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi Bilik Fondunun maarifləndirici fəaliyyətinin daha geniş təşkilinə şərait yaradıb. Fondun “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində il ərzində respublikanın 11 və xarici ölkələrin 3 orta təhsil müəssisəsi arasında əlaqələr qurulub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və “İslam Həmrəyliyi İli”nə həsr edilmiş “Bir günəşin zərrəsiyik” II Beynəlxalq Şagird Konfransı çərçivəsində 4 ölkənin 7 təhsil ocağı arasında “Qardaşlaşma sazişi” imzalanıb. Layihədə iştirak edən məktəblərin sayı 60-a çatıb. Hazırda orta-ixtisas və peşə təhsili müəssisələrində, eləcə də ali məktəblərdə təhsil alan gənclər arasında “bilik körpüsü”nün yaradılmasını nəzərdə tutan eyniadlı layihə üzərində işləyirik.

-Gənclərin elmi biliklərinin artırılmasında mütaliənin rolu danılmazdır. Kitabın təbliği istiqamətində fondun gördüyü işlər barədə nə deyərdiniz?

-Bilik Fondu uşaq, yeniyetmə və gənclərdə mütaliəyə “Kitab – bilik mənbəyidir” anlamına uyğun münasibətin formalaşmasını vacib hesab edir. İnformasiya əldə edilməsində yeni texnologiyalara meyillilik heç də intellektin çap məhsulu olan kitaba ənənəvi münasibəti dəyişməməlidir. Bilikli insan kapitalının formalaşdığı cəmiyyətdə elmi və bədii ədəbiyyatla ünsiyyət xüsusi əhəmiyyətə malikdir. Bilik Fondunun bütün proqram və layihələrində kitab həm maarifləndirmə vasitəsi, həm də birbaşa iştirakçıdır. Fond həyata keçirdiyi tədbirlər çərçivəsində minlərlə kitabı müəssisə və təşkilatlara hədiyyə edib, bilik yarışmaları və intellektual müsabiqə qaliblərini kitablarla mükafatlandırıb.

Bilik günü ərəfəsində 1000 nüsxədən çox kitab Cocuq Mərcanlı kənd məktəbinə hədiyyə edilib. Elmi və bədii ədəbiyyat nümunələrindən ibarət hədiyyə dəsti Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə təqdim edilib.

Fondun “İmzalı görüş” layihəsi çərçivəsində gənc oxucuların bir çox tanınmış yazıçılarla görüşləri təşkil olunub.

İlin sonunda bir sıra təhsil müəssisələrində yeniyetmə və gənclərin kitaba və mütaliəyə maraq dərəcəsinin, onlara oxu mədəniyyətinin aşılanması yollarının müəyyənləşdirilməsi məqsədilə sosioloji anket sorğusuna başlanılıb. Sorğuda 5.000-dək məktəbli və tələbənin iştirakı nəzərdə tutulub.

-Bilik Fondu maarifləndirici proqram və layihələrin icrasında hansı qurumlarla sıx əməkdaşlıq edir?

-Əhalinin tibbi maarifləndirilməsi və sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirilən tədbirlər Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə təşkil olunur. “Hüquqi maarifləndirmə” proqramının icrasında AMEA-nın hüquqşünas alimlərinin, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin, Konstitusiya Məhkəməsi əməkdaşlarının köməyindən istifadə edirik. “Sabahın alimləri” VI Respublika müsabiqəsinin təşkilində Təhsil Nazirliyi, orta məktəb müəllimləri və təhsil işçiləri arasında “Ən yaxşı yazı” müsabiqəsinin keçirilməsində “Azərbaycan müəllimi” qəzeti ilə əməkdaşlıq etmişik.

Fondun “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin icrasında Milli Televiziya və Radio Şurası kömək göstərib, “Xəzər TV” MMC, “Lider TV” MMC, “ARB” Media Qrupunun “ARB 24” (Tovuz) və “Kəpəz TV” yayım şirkətlərində AMEA-nın Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin alim və müəllimlərinin, eləcə də praktik jurnalistlərin təlimləri üçün şərait yaradıb.

Bu günlərdə Bakı Dövlət Universiteti ilə əməkdaşlıq haqqında saziş imzaladıq. Bu nüfuzlu elm və təhsil ocağının 100 illiyi ərəfəsində birgə tədbirlər təşkil etmək niyyətindəyik.

-Bilik Fondunun beynəlxalq əlaqələrinin möhkəmlənməsində nə kimi irəliləyişlər var?

-Müxtəlif mövzularda beynəlxalq elmi konfransların, yerli alimlərin ölkə xaricində mühazirələrinin təşkili, xarici ölkələrdən alim və tədqiqatçıların lektoriyalara cəlb olunması, Azərbaycan tarixinin, elm və mədəniyyətinin xaricdə, dünya elminin Azərbaycanda təbliği istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Cənubi Koreya, Sudan, Misir Ərəb Respublikası, Ukrayna, Latviya, Hindistan və İndoneziyanın Azərbaycandakı səfirləri fondun qonağı olub, təmsil etdikləri ölkələrin tanınmış alim və tədqiqatçılarının fondun layihələrində iştirakı, elm və təhsil mərkəzləri ilə əlaqələrin qurulması məsələlərini müzakirə ediblər.

İordaniyanın Kral Akademiyasının direktoru Rim Masiri, Litva Universitetinin professoru Vidas Kavaliauskas, İraq Respublikasının uşaq yazarı Casim Muhammed Salih, Türkiyənin 29 Mayis Universitetinin professoru Tayyar Altıkulaç, Misir Milli Kitabxanası və Arxivlərinin müdiri Əhməd Seyyid Muhəmməd Şövki Bilik Fondunda kollektivlə görüşüb, əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Bilik Fonduna Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin A.Puşkin adına Dövlət Rus Dili İnstitutunun “Puşkin İnstitutu” Tərəfdaşlıq Şəbəkəsinin həqiqi üzvlüyünü təsdiqləyən sertifikatı təqdim edilib.

-Elmi bilikləri təbliğ edən Bilik Fondunun əsas hədəfi gənclərdir. Onların intellektual səviyyəsinin yüksəldilməsi, məşğulluğunun təmin edilməsinə dəstək göstərilməsi, asudə vaxtlarının səmərəli təşkili yönümündə hansı işlər görülür?

-Bilik Fondu gənclərin elmi biliklərinin artırılması, vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunması işinə xüsusi diqqətlə yanaşır. Mühazirə və təlimlər, film nümayişləri, kitab təqdimatları, ziyalılarla görüşlər keçirilən auditoriyalarda gənclərimiz böyük üstünlük təşkil edirlər. Bu gün Bilik Fondunda tələbə gəncləri bir araya gətirən “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu, “Gənc jurnalistlər” və “Diplomatlar” klubları fəaliyyət göstərir, bilik evlərində yerli gənclər üçün müxtəlif ixtisas və peşələr üzrə təlim kursları, dərnəklər təşkil olunur, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması məqsədilə bilik müsabiqələri keçirilir, tələbələr fondda istehsalat təcrübəsinə göndərilirlər.

-Yeni təqvim ilində Bilik Fondunun fəaliyyətində hansı yeniliklər gözlənilir?

-Bilik Fondu əhalinin maarifləndirilməsi ilə bağlı qarşısına qoyulmuş vəzifələrin icrası istiqamətində fəaliyyətini daha da təkmilləşdirmək əzmindədir. Mühazirə və təlimlərin coğrafiyasının yerlərdən daxil olan müraciətlər və keçirilən sosioloji sorğular əsasında genişləndirilməsi, mövzu rəngarəngliyinin təmin edilməsi, dövlətin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə keçirilən maarifləndirici tədbirlərin keyfiyyətinin yüksəldilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi, Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar ölkənin bütün bölgələri əhatə olunmaqla silsilə mühazirələrin, “dəyirmi masa” və seminarların, kitab təqdimatları, sərgi, müsabiqə və bilik yarışmalarının təşkili, bilik evləri şəbəkəsinin genişləndirilməsi, Azərbaycan həqiqətlərini əks etdirən nəşrlərin, elmi-kütləvi ədəbiyyat nümunələrinin hazırlanması işinə, müvafiq mövzularda sənədli filmlərin və sosialyönümlü videoçarxların çəkilişinə yaxından dəstək göstərilməsi, maarifləndirici fəaliyyətin sosial sifariş əsasında daha da təkmilləşdirilməsi məqsədilə Sosioloji Sorğu Mərkəzinin yaradılması gündəmdə duran məsələlərdir.

Ölkə Prezidentinin əhalinin maarifləndirilməsi, müxtəlif elm sahələri üzrə biliklərinin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli mənəvi dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması ilə bağlı verdiyi tapşırıqları layiqincə yerinə yetirmək Bilik Fondu əməkdaşlarının və fondun ətrafında toplaşan elm adamlarının, maarifçi ziyalıların həm vəzifə, həm də vətəndaşlıq borcudur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ölkənin əksər bölgələrinə yağış, dağlı rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb