MƏDƏNİYYƏT


Oktay Zeynalov: Şuşa Beynəlxalq Kulinariya Festivalı çox yüksək səviyyədə təşkil olunub

Şuşa, 8 may, AZƏRTAC

Azərbaycanın mədəniyyət paytaxtı – Şuşada çox gözəl tədbir keçirilir. Şadam ki, biz də belə mötəbər festivala qatıla bildik.

Bunu AZƏRTAC-a müsahibəsində Birinci Şuşa Beynəlxalq Kulinariya Festivalında iştirak edən azərbaycanlı skripka ifaçısı Oktay Zeynalov deyib.

Şuşaya qovuşmağı illərdir gözlədiyini qeyd edən musiqiçi deyib: “Nəhayət gəlib çıxdıq doğma yurdumuza. Şuşa çox gözəldir, əsrarəngiz təbiətə malikdir. Şəhərin həm də qədim tarixi vardır. Bu, Azərbaycanın mədəniyyət paytaxtına gələnləri valeh edir. Arzu edirəm ki, burada olmayanların hamısı tezliklə gəlib doğma Şuşamızı görsünlər”.

Birinci Şuşa Beynəlxalq Kulinariya Festivalının çox yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Oktay Zeynalov tədbirin əla təşkil olduğunu qeyd edib.

“Festivalda başqa ölkələrin də nümayəndələri təmsil olunur. Onlar Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq fürsətini əldə ediblər. Bu, çox vacib məsələdir. Xarici ölkə vətəndaşları Şuşada nə baş verdiyini bilməlidir. Əsas məsələ Azərbaycanın tarixini, mədəniyyətini, həmçinin mətbəxini insanlara tanımaqdır”, - deyə azərbaycanlı skripka ifaçısı əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.