CƏMİYYƏT


Oktyabr ayında səkkiz rayon və şəhərdə əmək yarmarkası keçirilib

Bakı, 1 noyabr, AZƏRTAC 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin oktyabr ayında respublikanın 8 rayon və şəhərində (Gədəbəy, Göyçay, Kürdəmir, Qazax, Mingəçevir, Samux, Tərtər, Yevlax) işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkası keçirilib.

Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yarmarkalarda 216 müəssisə üzrə 1545 vakant iş yeri təqdim edilib. İşaxtaran və işsiz vətəndaşlara vakant iş yerləri təqdim olunan işəgötürənlərin nümayəndələri ilə birbaşa ünsiyyət imkanı yaradılıb. Aktiv məşğulluq tədbirlərində 400-ə yaxın şəxsə seçimləri üzrə və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndəriş verilib.

Peşə və ixtisasının olmaması səbəbindən özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə bacarığına uyğun iş olmadığı üçün peşəsini dəyişmək istəyən 103 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıb. 37 nəfər isə istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.