CƏMİYYƏT


Oktyabrda Bakı və Sumqayıt tibbi ərazi bölmələrinin əhalisinə 897 mindən çox tibbi xidmət göstərilib

Bakı, 18 noyabr, AZƏRTAC

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin oktyabr ayı ərzində Bakı tibbi ərazi bölmələri (TƏB) üzrə 199 min 394 və Sumqayıt TƏB-i üzrə 42 min 464 vətəndaşa ümumilikdə 897 min 326 tibbi xidmət göstərilib.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, həmin müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə-diaqnostika mərkəzlərinə 406 min 98 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 670 min 932-si ambulator, 226 min 394-ü isə stasionar şəraitdə göstərilib.

Bu ilin oktyabr ayı üzrə həmin tibbi ərazi bölmələrinə dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:

Bakı TƏB-i üzrə əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan rayonlar: Yasamal (246), Nərimanov (245), Pirallahı (226), Səbail (214), Sabunçu (196), Nəsimi (193), Xəzər (161), Suraxanı (129), Qaradağ (80) və Xətai (79).

Sumqayıt TƏB-i üzrə əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 110 təşkil edib.

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi (117 min 743), Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (85 min 242), Kliniki Tibbi Mərkəzi (83 min 765), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (75 min 273), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (56 min 897), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (51 min 556), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (29 min 680), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (26 min 99), Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (18 min 233) və 15 nömrəli Uşaq Poliklinikası (17 min 308).

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğuna Sumqayıt Tibb Mərkəzi, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəzi, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 15 nömrəli Uşaq Poliklinikası və 13 nömrəli Uşaq Poliklinikası daxildir.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğuna isə Kliniki Tibbi Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası və Respublika Perinatal Mərkəzi daxildir.

Ötən ay ərzində Bakı və Sumqayıt TƏB-ləri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, zədələr və zəhərlənmələr, mamalıq və ginekologiya və sinir sistemi xəstəlikləri ilə bağlı olub.

2021-ci ilin oktyabr ayında Bakı TƏB üzrə 768 min 886, Sumqayıt TƏB üzrə isə 128 min 440 tibbi xidmət göstərilib. Bundan başqa, icbari tibbi sığortanın cari ilin aprel ayından etibarən tətbiq olunmağa başladığı Bakı TƏB üzrə oktyabr ayına qədər 1 milyon 25 min 40 vətəndaşa 2 milyon 40 min 738 müraciət üzrə 4 milyon 249 min 221 tibbi xidmət, Sumqayıt TƏB üzrə isə 193 min 692 vətəndaşa 423 min 768 müraciət üzrə 720 min 658 tibbi xidmət göstərilib.

2020-ci il yanvarın 1-nə olan rəsmi məlumata əsasən, Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 47 min nəfər təşkil edir.

Agentliyə daxil olan hesabatlara əsasən, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə 19 min 467 göndəriş verilib. Bu göndərişlərin 7402-si invaziv radiologiya, 3708-i radiologiya, 2639-u oftalmologiya, 1759-u urologiya, 1397-si ürək-damar cərrahiyyəsi, 855-i neyrocərrahiyyə, 274-ü travmatologiya, 206-sı kardiologiya, 21-i isə ginekologiya üzrə verilib. Digər sahələr üzrə verilmiş göndərişlərin sayı 1206 təşkil edib.

Qeyd edək ki, göndərişlərin 18 min 300-ü (94 faiz) planlı, 1167-si (6 faiz) isə təcili əsasla qeydə alınmışdır.

İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə 14 min 186 nəfər müvafiq göndərişə əsasən, dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 368 nəfərini uşaqlar təşkil etmişdir. Belə ki, 18 yaşdan yuxarı 5322 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 4304, oftalmologiya üzrə 2341, urologiya üzrə 964, nevrologiya/neyrocərrahiyyə üzrə 577, travmatologiya üzrə 338, LOR üzrə 155, digər sahələr üzrə 105, ümumi cərrahiyə üzrə 60, ginekologiya və doğuş üzrə 20 nəfər əməliyyat olunub. Qeyd edək ki, ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 166 nəfər 18 yaşdan aşağı şəxslərdir. Nəzərə çatdırırıq ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

Məlumata əsasən, bütün ölkə üzrə oktyabr ayı ərzində 602 min 186 nəfərə 1 milyon 5 min 381 müraciət üzrə 2 milyon 306 min 645 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 milyon 897 min 240-ı ambulator, 409 min 405-i isə stasionar şəraitdə göstərilib.

Cari ilin yanvar-oktyabr ayları ərzində isə bütün ölkə üzrə 3 milyon 495 min 907 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 18 milyon 100 min 421 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 14 milyon 157 min 75-i (78 faiz) 18 yaşdan yuxarı, 3 milyon 943 min 346-sı (22 faiz) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.