İQTİSADİYYAT


Oktyabrda Bakıda İnvestisiya Sammiti keçiriləcək

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) baş katibi Yusif Həsən Xələvi ilə görüşüb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Orxan Məmmədov agentliyin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) struktur bölmələri ilə əməkdaşlıq etdiyini, qurumun Gənclər Forumu (ICYF) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabrında Bakıda İnvestisiya Sammitinin keçiriləcəyini qeyd edib. Vurğulanıb ki, İƏT-in müvafiq qurumları ilə əməkdaşlığın davamı olaraq, KOBİA ICCIA ilə də əməkdaşlıqda maraqlıdır.

Görüşdə KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, ICCIA ilə əməkdaşlıq imkanlarına, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iş adamları və yerli sahibkarlar arasında əlaqələrin qurulmasına, bu məqsədlə birgə tədbirlərin təşkilinə, ortaq layihələrin icrasına və təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.