İQTİSADİYYAT


Oktyabrda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 549 vətəndaş müraciət edib

Oktyabrda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 549 vətəndaş müraciət edib

Bakı, 4 noyabr, AZƏRTAC

Oktyabrda istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 549 müraciət daxil olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 37-si məlumat xarakterli olmaqla 412 müraciət, təbii qaz təchizatı ilə bağlı 8-i məlumat xarakterli olmaqla 100 müraciət edilib.

İstilik təchizatı ilə bağlı 2-si məlumat xarakterli olmaqla cəmi 5 müraciət daxil olub. Digər məsələlərlə bağlı 6-sı məlumat xarakterli olmaqla 32 müraciət göndərilib.

203 müraciət agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (5 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 1 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 292 müraciət hazırda baxılma prosesindədir, 53 məlumat xarakterli müraciətdən 19-u qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.