İQTİSADİYYAT


Oktyabrda OPEC-in neft hasilatı artıb

Bakı, 11 noyabr, AZƏRTAC 

Oktyabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik xam neft istehsalı artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, keçən ay OPEC-in neft istehsalı sentyabr ayı ilə müqayisədə 322 min barrel artaraq sutkada 24 milyon 386 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 26,7 faizə yüksəlib.

Keçən ay OPEC üzrə neft istehsalını ən çox artıran ölkələr Liviya, İraq və Nigeriya olub. Oktyabrda Liviyada gündəlik hasilat əvvəlki aya görə 299 min barrel, İraqda 148 min barrel, Nigeriyada isə 47 min barrel artıb.

Ay ərzində kartelə üzv ölkələrdən neft istehsalı ən çox Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) azalıb. Bu ölkənin sutkalıq hasilatı 74 min barrel geriləyib.

Oktyabrda dünyadakı qazma qurğularının sayı sentyabrla müqayisədə 2 ədəd azalaraq 1135 olub. Həmin qurğuların 325-i OPEC-ə üzv ölkələrdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.