İQTİSADİYYAT


Oktyabrda “OPEC+” sazişinə 101 faiz əməl olunub

Bakı, 18 noyabr, AZƏRTAC

OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) neft hasilatının azaldılmasına dair öhdəliklərə cari ilin oktyabr ayında 101 faiz əməl edib.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında keçirilən 24-cü iclasında deyilib.

Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman və Rusiyanın Baş nazirinin müavini Aleksandr Novakın iştirakı ilə noyabrın 17-də keçirilən iclasda JMMC Müştərək Texniki Komissiya (JTC) tərəfindən hazırlanan aylıq hesabatı və oktyabrın 19-dakı son iclasından ötən müddət ərzində qlobal neft bazarındakı inkişafları nəzərdən keçirib, xüsusilə 2021-ci ilin birinci yarısının perspektivlərinə xüsusi diqqət yetirilib.

JMMC, həmçinin oktyabr ayı üzrə xam neft hasilatına dair məlumatları nəzərdən keçirib, OPEC və OPEC-ə üzv olmayan ölkələrinin öhdəliklərə əməletmə səviyyəsindəki müsbət performansı alqışlayıb.

Qeyd edək ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barrel səviyyəsində ixtisar edilməsi qərarlaşdırılıb. 12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.