REGİONLAR
Oktyabrda "Göyçay" KSES-də 94 min kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib
Bakı, 28 noyabr, AZƏRTAC
2016-cı ilin oktyabr ayında "Göyçay" kiçik su elektrik stansiyasında (KSES) 94 min kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. Ötən 10 ay ərzində isə stansiyada elektrik enerjisi istehsalı 3,3 milyon kilovat-saata yaxın olub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, digər enerji obyektlərində olduğu kimi burada da mövsümi tədbirlər vaxtlı-vaxtında icra edilir. Bu da öz növbəsində istehsal prosesinin dayanıqlılığını daha da yüksəldir və nəticədə texniki–iqtisadi göstəricilərin yaxşılaşmasına kömək edir. Cari ildə KSES-də elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.
Son üç ay ərzində stansiyada qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilib.
Qeyd edək ki, ümumi gücü 3,1 MVt olan bu elektrik stansiyası 2015-ci ildə istismara verilib və 3 hidroaqreqatdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]