İQTİSADİYYAT


Oktyabrda dəniz nəqliyyatı ilə 96,1 milyon dollarlıq yük daşınıb

Bakı, 24 noyabr, AZƏRTAC

Oktyabrda dəniz nəqliyyatı ilə ümumilikdə 109 min 827 ton yük daşınıb ki, bu yüklərin dəyəri 96,1 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 13 min 664 ton yükün dəyəri 4,3 milyon dollar təşkil edib.

Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 96 min 163 ton, dəyəri isə 91,8 milyon dollar olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.