CƏMİYYƏT


Oktyabrın 15-də paytaxtda 26 dərəcə isti olacaq

Bakı, 14 oktyabr, AZƏRTAC 

Ölkə ərazisində oktyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-19°, gündüz 22-26° isti, Bakıda gecə 16-18°, gündüz 24-26° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 770 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 24-29° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 15-də Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 25-30° isti olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 15-20° isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 22-27° isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 20-25° isti, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacağı ehtimalı var.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 24-29° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17°, gündüz 21-26° isti, dağlarda gecə 9-14°, gündüz 16-21° isti olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.