CƏMİYYƏT


Oktyabrın 16-sı Dünya Anestezioloq Günüdür

Bakı, 16 oktyabr, AZƏRTAC

Hər il oktyabrın 16-da qeyd edilən Dünya Anestezioloq Günü anestezioloq-reanimatoloqlar və tibbin bu sahəsinin mütəxəssislərinin peşə bayramı hesab edilir.

AZƏRTAC xəbər verir ki, 1846-cı il oktyabrın 16-da amerikalı diş həkimi Tomas Morton üz hissədən şişi götürmək üçün efir narkozu altında əməliyyat aparıb. Anesteziyaedici kimi o, dietil efirinin inhalyasiyasını tətbiq edib və bu, tibb tarixində ilk dəfə olaraq ümumi narkoz anesteziya ilə əvəz olunub. Ona görə də oktyabrın 16-sı Dünya Anestezioloq Günü kimi qəbul edilir.

Keyitmə vasitələri daha qədim vaxtlardan məlum idi. Məsələn, bir çox hindu tayfaları həssaslığın azaldılması üçün müxtəlif bitkilərin şirəsindən istifadə ediblər. Eramızdan əvvəl I əsrdə yunan filosofu və həkimi Dioskorid imperator Roma ordusu ilə birgə səyahət zamanı mandraqora bitkisindən yuxugətirən və sakitləşdirici dərmanlar hazırlayıb və onun köməyi ilə yaralanmış döyüşçüləri sağaltmaq üçün onların ağrılı nahiyəsinə müdaxilə etməyə imkan verən cərrahi əməliyyatlar aparıb.

Anesteziya - sinirlərin həssaslığının itməsidir. Cərrahi əməliyyatların ağrısızlaşdırılması, dişlərin, zədələrin müalicəsi və tibbin digər sahələrində süni anesteziyadan istifadə edilir.

Cəmiyyət inkişaf etdikcə bu sahə də təkmilləşərək tibbin ayrılmaz hissəsinə çevrilib. Ondan yalnız cərrahi əməliyyatlar zamanı deyil, həm də psixiatriya, narkologiya və digər sahələrdə istifadə olunmağa başlayıb. Müasir tibdə ümumi, yerli və bel anesteziyasından istifadə edilir və bu sahə daim təkmilləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.