İQTİSADİYYAT


Oktyabrın 17-də “CEO Lunch Baku” keçiriləcək

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də “Caspian European Club”un təşkilatçılığı ilə “CEO Lunch Baku” keçiriləcək.

Bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

O bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan “Pen” Klubunun prezidenti, Xalq yazıçısı Çingiz Abdullayev və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov “CEO Lunch Baku”da fəxri qonaq qismində iştirak edəcəklər. Tədbir “Caspian European Club”un Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda maraqlı olan, həmçinin yaradıcı insanlarla görüşlərdə iştirak etməyi arzu edən üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında baş tutacaq.

T.Əliyev deyib ki, “CEO Lunch Baku”da qeyri-rəsmi şəraitdə klubun üzv şirkətlərinin özəl sektorla Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı təşəbbüs və təklifləri müzakirə olunacaq. “CEO Lunch Baku” iştirakçıları onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.

“CEO Lunch Baku” şirkət rəhbərlərinin və nümayəndələrinin iştirak edə biləcəkləri qapalı tədbirdir. Tədbirə qatılmaq üçün “Caspian European Club”un saytında aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək tələb olunur:

http://caspianenergy.org/index.php/az/2018-01-09-13-22-37/ceo-lunch/item/146-ceo-lunch-baku-10-10-2018

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb. 2016-cı il dekabrın 24-də “Caspian American Club”, bu il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Hər iki təşkilat 2 il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”un, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü hesab olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.