REGİONLAR
Oktyabrın 17-dək ölkə üzrə 38 min 893,6 ton pambıq təhvil verilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 17-dək ölkə üzrə pambıq tədarükü 38 min 893,6 ton təşkil edib. Bu isə 2015-ci il oktyabrın 19-dək olan göstərici ilə müqayisədə 1,7 dəfə çoxdur (25 min 775 ton).
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, pambıq tədarükünə görə Saatlı rayonu öndə gedir. Rayonun fermerləri tarlalardan 6008,9 ton “ağ qızıl” yığıblar. Biləsuvarda 4056,8 ton, Sabirabadda 3853 ton, Ağcabədidə 3623,5 ton, Bərdədə isə 3099 ton pambıq tədarük olunub.
Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.