ELM VƏ TƏHSİL
Oktyabrın 1-də SAT imtahanı keçiriləcək
Bakı, 28 sentyabr, AZƏRTAC
SAT imtahanı oktyabrın 1-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan verəcək şəxslər saat 07:30-dan gec olmayaraq aşağıda qeyd edilən sənədləri gətirərək imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. Buraxılış vərəqəsi – “Admission Ticket”.
Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.
SAT imtahanları haqqında daha ətraflı məlumat DİM-in saytinda yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:53]
Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib
- 19.04.2024 [16:34]
Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb
- 19.04.2024 [14:30]