Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Oktyabrın 20-si Energetiklər Günüdür

Bakı, 20 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür. On beş ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər. Energetiklər günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır: 38 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Azərbaycan “Qlobal Rəqabətlilik İndeksi”ndə elektrik enerjisinin əlçatanlığına görə dünyada ikincidir

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirib, bu sahədə misilsiz işlər görüb. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektroenergetika üzrə də mükəmməl proqramlar qəbul edilərək reallaşdırılıb. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq, hazırda yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq işlər görülür, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi nəzərdən keçirilir.

Bütün bu uğurların və görülən işlərin nəticəsi olaraq Dünya İqtisadi Forumunun elan etdiyi “Qlobal Rəqabətlilik İndeksi” hesabatında ölkəmiz ötən illə müqayisədə 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. Azərbaycan bu hesabata əsasən, elektrik enerjisinin əlçatanlıq əmsalına görə dünyada ikinci yerdədir. Ölkəmizi belə bir səviyyəyə yüksəldən davamlı islahatlar kursunun real nəticələridir. Azərbaycanın müasir inkişafının təməlində dayanan enerji sektoru da bu sahədə aparılan islahatlarla ölkənin daha rəqabətqabiliyyətli göstəriciləri üçün əsaslı zəmin formalaşdırır.

Son 10 ildə 19 yeni elektrik stansiyası istismara verilib və hazırda ölkədəki elektrik stansiyalarının sayı 60-a çatır

Enerji sisteminin, enerji istehsalı infrastrukturunun yenidən qurulması, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyalarının tikilməsi, ölkədaxili və respublikamızı xarici ölkələrlə əlaqələndirən magistral elektrik xətlərinin yenilənməsi, elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı dövlət proqramlarının icrası nəticəsində Azərbaycan daxili enerji tələbatının ödənilməsi ilə bərabər elektrik enerjisinin ixracına da nail olub. Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son 10 ildə 1973,5 meqavat gücündə 19 yeni elektrik stansiyası istismara verilib, hazırda ölkədə fəaliyyət göstərən elektrik stansiyalarının sayı 60-a çatıb.

On biri istilik elektrik stansiyası, 8-i modul tipli elektrik stansiyası, 22-si su elektrik stansiyası, 11-i günəş elektrik stansiyası, 6-sı külək elektrik stansiyası və 2-si biokütlə elektrik stansiyası olan bu stansiyaların energetika sistemində ümumi qoyuluş gücü 7546 meqavatdır. Respublikada generasiya gücünün artırılması ilə yanaşı, energetika sisteminin infrastrukturunda da ciddi dəyişikliklər edilib. Belə ki, hazırda ölkədə ümumi gücü 23436 meqavolt/amper olan 110-500 kilovoltluq 212 yarımstansiya fəaliyyət göstərməkdədir.

2020-2021-ci illərdə elektrik enerjisi istehsalının müvafiq olaraq 8-10 faiz artacağı gözlənilir

Yeni istehsal güclərinin yaradılması hesabına son 10 ildə elektrik enerjisinin istehsalında 18 faiz artıma nail olunub. Cari ilin 9 ayında da elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 19,6 milyard kilovat/saat təşkil edib. Bu müddətdə bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisi ötən ilin yanvar-sentyabr aylarına nisbətən 40 faiz artıb. Elektrik enerjisi istehsalının 2018-ci illə müqayisədə bu il 3,6 faiz, 2020-ci və 2021-ci illərdə isə müvafiq olaraq 8-10 faiz artacağı proqnozlaşdırılır.

Ölkənin inkişafı, əhali artımı, sənayeləşmə prosesi ilə əlaqədar son 10 ildə ölkədə elektrik enerjisinin istehlakı 26 faiz artıb. Cari ilin yanvar-sentyabr aylarında da elektrik enerjisinin istehlakı 3,7 faiz artaraq 16,3 milyard kilovat/saat təşkil edib. Bu dinamikanın qarşıdakı illərdə də davam edəcəyi və 2025-ci ildə elektrik enerjisinə tələbatın 25-28 milyard kilovat/saat olacağı gözlənilir.

Bu tələbatı ötən ay istismara verilən, qoyuluş gücü 400 meqavat olan “Şimal-2” elektrik stansiyası, istilik, modul tipli və su elektrik stansiyalarının reabilitasiyası, eləcə də Qobuda 2020-2021-ci illər ərzində quraşdırılacaq ümumi qoyuluş gücü 385 meqavat olan modul elektrik stansiyasının hesabına qarşılamaq mümkün olacaq. Tələbatın qalan hissəsinin isə növbəti onillikdə yeni elektrik stansiyaları və bərpaolunan enerji mənbələri vasitəsilə ödənilməsi planlaşdırılır.

Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi mövqeyi güclənib

Respublikamızın iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təmin edilməsi çərçivəsində görülən işlər Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi də mövqeyini gücləndirib. Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu genişlənib. Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 1,8 milyard kilovat/saat elektrik enerjisi idxal edilirdisə, ötən il bu göstərici 131 milyon kilovat/saatadək azalıb. İxrac isə, əksinə, 10 il ərzində 78 faiz artaraq 1,4 milyard kilovat/saata yüksəlib.

Cari ilin 9 ayında 111,5 milyon kilovat/saat idxala qarşı 1,1 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. İxrac göstəricisi keçən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz çox olub. Gürcüstana 859 milyon kilovat/saat, Rusiyaya 120,7 milyon kilovat/saat, Türkiyəyə 56,5 milyon kilovat/saat, İrana isə 28,7 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib.

Elektrik enerjisi mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədilə Azərbaycandan Gürcüstana və Türkiyəyə elektrik enerjisinin ixracı üçün texniki imkanlar 2013-cü ildə “Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü” layihəsinin bir hissəsi olan 500 kilovoltluq Samux-Qardabani hava elektrik verilişi xətti (HEVX), “Qara dəniz ötürmə şəbəkəsi layihəsi” çərçivəsində Gürcüstan tərəfindən həyata keçirilən 500/400/220 kilovoltluq “Axaltsixe” yarımstansiyası və Gürcüstanı Türkiyə ilə birləşdirən yüksəkgərginlikli 400 kilovoltluq elektrik verilişi xəttinin (EVX) istismara verilməsi ilə yaradılıb. Hazırda iki ölkə arasında elektrik verilişi dəhlizinin texniki imkanlarının artırılması məqsədilə 330 kilovoltluq “Ağstafa-Qardabani” hava xətti yenidən qurulur.

Rusiya-Azərbaycan-İran “Şimal-Cənub” elektrik enerjisi dəhlizinin yaradılması üzrə isə danışıqlar davam etdirilir. Bu il avqustun 12-də hər üç ölkənin müvafiq şirkətlərinin iştirakı ilə “Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyasının enerji sistemlərinin əlaqələndirilməsi" layihəsinə dair texniki-iqtisadi əsaslandırmanın birgə hazırlanması barədə müqavilə imzalanıb.

Hazırda Azərbaycan və İran energetika sistemləri arasında 230 kilovoltluq “Masallı-Astara (İran)” elektrik verilişi xətti tikilir. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir. Belə ki, “Xudafərin” hidroqovşağının bəndi üzrə işlər 95 faiz, “Qız Qalası” hidroqovşağının bəndində isə işlər 50 faiz başa çatdırılıb. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat, orta illik enerji istehsalı 766 milyon kilovat/saat həcmində planlaşdırılan stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradacaq. “Ordubad” və “Marazad” su elektrik stansiyaları layihələri üzrə də işlər davam etdirilir.

Generasiya güclərinin optimallaşdırılması və bərpası tədbirləri üzrə stansiyaların gücü ən azı 500 meqavat artırılacaq

Enerji təhlükəsizliyi tam təmin edən, digər ölkələrdən enerji asılılığını aradan qaldıran və artıq özü elektrik enerjisi ixrac edən Azərbaycanın elektroenergetika sektorunda hər nə qədər böyük nailiyyətlər əldə edilsə də, əsas hədəflər hələ qarşıdadır. Çünki dünyada energetika sektoruna olan müasir tələblər yeni məzmun kəsb edir, trendlər dəyişir, enerji istehsalı portfelinin şaxələndirilməsi, səmərəlilik və keyfiyyət standartlarının yaradılması və bu məqsədlə enerji bazarının liberallaşdırılması tendensiyaları geniş vüsət alır.

Ölkədə bu gün elektrik enerjisinin 92 faizi ənənəvi enerji resursundan - təbii qazdan alınır. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı isə ümumi istehsalın 8,1 faizi həcmindədir. İri su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1276 meqavatdır ki, bu da ümumi gücün 17 faizini təşkil edir. Lakin ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı daha böyükdür. Qiymətləndirmələrə görə, bu potensial 26 min meqavat ətrafındadır.

Son illərdə enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işlərinin aparılması nəticəsində səmərəlilik, elektrik enerjisinin keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib, itkilərin səviyyəsi aşağı düşüb, yığım faizi isə artıb. Belə ki, son 10 ildə elektrik enerjisinin istehsalı və paylanmasında itkilərin 22,6 faizdən 10,5 faizədək, 1 kilovat/saat elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfinin isə 331,6 qramdan 271,1 qramadək azaldılmasına nail olunub. Hazırda ən yeni texnologiyalar tətbiq etməklə bütün istilik, modul tipli və su elektrik stansiyalarında yüksək nəticələr əldə edilməsi, faydalı iş əmsalının artırılması, yanacaq sərfi və stansiyaların daxili sərfiyyatının azaldılması, enerji səmərəliliyinə nail olunması istiqamətində tədbirlər görülür. Generasiya güclərinin optimallaşdırılması və bərpası tədbirləri çərçivəsində stansiyaların imkan gücünün, ən azı 500 meqavat artırılması planlaşdırılır.

Gələcəkdə bərpaolunan enerji mənbələrindən istifadəyə xarici investisiya qoyuluşunun təşviqi nəzərdə tutulur

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın gücləndirilməsi və gələcəkdə sahəyə investisiya qoyuluşunun təşviq edilməsi üçün BP, “Total”, “Masdar,” “ACWA Power” və bir sıra digər tanınmış beynəlxalq şirkətlərlə sıx əməkdaşlıq həyata keçirilir. Ümumilikdə 9 şirkətlə əməkdaşlığa dair sənədlər imzalanıb. Avropa, Çin, Yaponiya, Türkiyə, Koreya Respublikası, ərəb ölkələrindən daha bir neçə şirkət Azərbaycanla bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bəzi şirkətlər ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadə sahəsində iri həcmli investisiya layihələri həyata keçirmək üçün təkliflərini təqdim edib. Bu təkliflər hazırda öyrənilir və ölkə üçün əlverişliliyi dəyərləndirilir.

Bu sahədə normativ-hüquqi bazanın formalaşdırılması üçün “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanıb. Qanun layihəsinə müvafiq dövlət qurumlarında baxılır, razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaq. Həmçinin müqavilə nümunələrinin və digər qanunvericilik aktlarının hazırlanması istiqamətində tədbirlər davam etdirilir.

Müvafiq sahədə qanunun qəbulu bərpaolunan enerji layihələrinin həyata keçirilməsi prosesində həlledici mərhələdir. Bu mənada, 2020-ci il yeni generasiya güclərinin yaradılması, eləcə də elektrik enerjisi istehsalının qoyuluş gücündə su elektrik stansiyaları da daxil olmaqla, bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilədək 30 faizədək artırılması hədəfinə doğru yolun başlanğıcı ola bilər. Bu, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, ölkəmizin ətraf mühitə atılan istixana qazlarının azaldılması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə, yeni xidmət və istehsal sahələrinin yaradılmasına və nəticədə çoxsaylı iş yerlərinin açılmasına, ən əsası isə təbii qaza qənaət edilməsinə şərait yaradacaq.

Bütün bunlar ölkə rəhbərliyinin həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və bu siyasətdən irəli gələn vəzifələri energetika sektorunda layiqincə yerinə yetirən Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin bəhrəsi olan bu reallıqlar gələcəyə daha nikbin baxmağa əsas yaradır.

AZƏRTAC energetiklərimizi peşə bayramları münasibətilə təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək