CƏMİYYƏT


Oktyabrın 4-də Azərbaycanda COVID-19 əleyhinə 1654 doza vaksin vurulub

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1654 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 951, ikinci doza vaksinlərin sayı 189, üç və daha çox doza vaksinlərin sayı 424, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 90-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 894 min 264, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 384 min 91, ikinci mərhələ üzrə 4 milyon 868 min 10, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 380 min 227, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 936-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.