CƏMİYYƏT


Oktyabrın 6-da Azərbaycanda COVID-19 əleyhinə 856 doza vaksin vurulub

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 856 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 341, ikinci doza vaksinlərin sayı 162, üç və daha çox doza vaksinlərin sayı 301, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 52-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 895 min 899, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 384 min 745, ikinci mərhələ üzrə 4 milyon 868 min 317, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 380 min 801, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 36-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.