CƏMİYYƏT


Oktyabrın 7-də Azərbaycanda COVID-19 əleyhinə 728 doza vaksin vurulub

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 728 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 258, ikinci doza vaksinlərin sayı 129, üç və daha çox doza vaksinlərin sayı 299, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 42-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 896 min 627, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 385 min 3, ikinci mərhələ üzrə 4 milyon 868 min 446, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 381 min 100, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 78-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.