CƏMİYYƏT
Oktyabrın əvvəllərindən quru quşlarının ovuna icazə veriləcək
Bakı, 28 sentyabr, AZƏRTAC
Hər zaman sentyabrın əvvəlindən quru, oktyabrın əvvəllərindən isə su-bataqlıq quşlarının ovuna icazə verilirdi. Bu il bir az gecikmələr oldu ki, bunun da səbəbləri var. Azərbaycanda yay mövsümünün isti, quraq keçməsi bəzi yanğınlara səbəb oldu. Ov edən şəxslərin ərazidə ocaqqalama və ehtiyatsızlığı ucbatından əlavə yanğınların başvermə ehtimalını nəzərə alaraq ov mövsümünü oktyabrın əvvəllərinədək müvəqqəti saxladıq. Düşünürəm ki, bu, çox düzgün verilmiş bir qərar oldu. Çünki son dönəmlərdə hətta bəzi ovçuluq təsərrüfatlarında da yanğınlar müşahidə edilirdi.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
“Havaların nisbətən sərinləşməsi, respublikanın müxtəlif ərazilərində yağıntıların müşahidə olunması nəzərə alınaraq quru quşlarının ov mövsümünə oktyabrın əvvəllərindən başlanılması nəzərdə tutulub”, - deyə F.Əliyev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]