DÜNYA
Oleksiy Danilov: Rusiya Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu heç bir vasitə ilə gecikdirə bilməyəcək

Kiyev, 7 iyun, AZƏRTAC
Rusiya Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu heç bir vasitə ilə gecikdirə bilməyəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov telemarafonun yayımında bildirib.
“Hücuma gəlincə, bu, bizim planımız üzrə olacaq. Ali Baş Komandanın qərargahında müəyyənləşəndə həyata keçiriləcək. Kaxovka bəndinin partladılması bizim hücuma mane olmayacaq”, - deyə Danilov bildirib.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vurğulayıb ki, Ukraynanın əks-hücum üçün öz planları var və onlar hələlik açıqlanmayıb.
“Gəlin səbirli olaq və gözləyək”, - deyə Danilov vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev