SİYASƏT


Oleq Kuznetsov: Ermənistanda keçiriləcək parlament seçkilərinə yalnız məzhəkə kimi yanaşmaq lazımdır

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Yerevanda “Sasna srer” terror təşkilatının yaraqlıları öz partiyalarında təsis qurultayı keçiriblər. Bu partiya noyabrın sonu–dekabrın əvvəlində Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir. Bu, o deməkdir ki, gələn parlament seçkilərində Ermənistanda 3 əsas ideologiya – milli ekstremizm, nasizm və irqçilik ideologiyaları mübarizə aparacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 4-də Bakı Beynəlxalq Mətbuat Mərkəzində “Ermənistan: Nasizmə icazə verilən ölkə” mövzusunda keçirilən mətbuat konfransında rusiyalı tarixçi və hüquqşünas, professor Oleq Kuznetsov bildirib.

“Ermənistanda növbəti parlament seçkilərində heç bir demokratiyadan, liberalizmdən, müasir dünya anlayışına uyğun gələn hər hansı ideologiyadan söhbət gedə də bilməz. Bu ölkədə demokratiya üçün meydan, ümumbəşər dəyərləri tamamilə yox edilib. Buna görə də növbəti seçkilərə yalnız məzhəkə kimi yanaşmaq lazımdır”, - deyə rusiyalı tarixçi bildirib.

O.Kuznetsov, həmçinin əlavə edib ki, bu və ya digər siyasi xadim orta əsrlər ideologiyası “qazan”ından yuxarı atılırsa, o zaman Ermənistanda ideoloji planda hər hansı alternativdən danışmağa lüzum qalmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.