İQTİSADİYYAT


Oleq Markov: İstəyirik ki, “QAZ” avtomobil zavodunun məhsulu maksimal dərəcədə keyfiyyətli olsun VİDEO

Bakı, 9 fevral, Elvin Camalov, AZƏRTAC

Biz istəyirik ki, Hacıqabul Sənaye Məhəlləsindəki “QAZ” avtomobillərinin istehsalı zavodunun məhsulu maksimal dərəcədə keyfiyyətli olsun və insanların tələblərinə yüksək səviyyədə cavab versin.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın “QAZ Qrup” şirkətinin satış və marketinq üzrə direktoru Oleq Markov jurnalistlərə açıqlamasında deyib.

O.Markov bildirib ki, Rusiya Hacıqabuldakı “QAZ” avtomobil zavodunu qonşu ölkələrin ixrac meydanı kimi qəbul edir. Azərbaycan hər zaman Qafqazda aparıcı bazar hesab olunub.

“Ümid edirik ki, burada zavodun olması həm yeni iş yerlərinin açılmasına, həm iqtisadiyyatın güclənməsinə, həm də bütün komponentlərin istehsalı vasitəsilə məhsulu lokallaşdırmağa kömək edəcək. Xüsusi təyinatlı texnikanın istehsalı zavodu daha da lokallaşdırır. Çünki bu, bazarda sifarişlərin sürətlə aparılması və müştərilərin tələblərini maksimum yerinə yetirməyə imkan yaradacaq. Müəssisənin inkişafı üçün böyük perspektivlər görürük”, - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.