İDMAN


Olimpiya Oyunlarını yalnız dövlət başçıları açıq elan edirlər

Bakı, 29 fevral, AZƏRTAC

Beynəlxalq Olimpiya Hərəkatının Nizamnaməsinə uyğun olaraq, Olimpiya Oyunlarını yalnız dövlət başçıları açıq elan edə bilərlər.

AZƏRTAC xəbər verir ki, 1896-cı ildə Yunanıstanın Afina şəhərində keçirilən müasir Olimpiya Oyunlarından başlayaraq bu mötəbər idman tədbirini ev sahibi olan ölkənin dövlət başçısı açıq elan edir.

Lakin “Sidney-2000” Olimpiya Oyunlarında bu məsələ ilə bağlı ciddi problem yarandı. Çünki Avstraliyada ölkəni Baş Nazir idarə edir. Belə olan təqdirdə, avstraliyalılar siyasi manevr edərək Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanladılar və bu vəzifəni baş qubernator Uilyam Dinin yerinə yetirməsini xahiş etdilər. BOK-un təkidlərinə baxmayaraq, “Sidney-2000” Olimpiadasını ölkənin baş qubernatoru Uilyam Din açıq elan etdi.

Olimpiya Oyunları tarixində yeganə belə hadisə yalnız 1988-ci ildə təşkil edilən Kalqari Qış Olimpiya Oyunlarının açılış mərasimində qeydə alınıb. ABŞ-ın Leyk-Plesid şəhərinin ev sahibliyi etdiyi III Qış Olimpiya Oyunlarını isə BMT-nin vitse-prezidenti açıq elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.