İDMAN


Olimpiya çempionu: Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı tezliklə azad edəcəyi günü gözləyirik

Bakı, 1 oktyabr, AZƏRTAC

Sentyabrın 27-dən başlayaraq cəbhədə atəşkəs yenidən pozulub. Ermənistan qoşunlarının hücumlarını dəf edən Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın bir qismi azad edilib. Ancaq düşmənin silahlı qüvvələri cəbhə bölgəsində yaşayan mülki əhalini hədəf alır və yaşayış sahələrinə atəş açır.

Bununla əlaqədar olaraq, sərbəst güləş üzrə Olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov qarşı tərəfin qeyri-adekvat hücumlarına öz etirazını bildirib.

Şərif Şərifov AZƏRTAC-a bildirib ki, 30 ilə yaxındır Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Nəticədə 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu müddət ərzində aparılan sülh danışıqları heç bir fayda verməyib: “İşğalçılıq siyasətini davam etdirən Ermənistan sentyabrın 27-də növbəti dəfə atəşkəsi pozub. Ən pisi də odur ki, onlar dinc sakinləri hədəf alır. Nəticədə ölən və yaralananlar var. Həyatını dəyişənlər arasında uşaqların da olması dəhşətdir. Mən bir Olimpiya çempionu kimi dünya ictimaiyyətini Ermənistanı belə qeyri-insani addımlardan çəkindirməyə çağırıram. İnanıram ki, tez bir zamanda Azərbaycan Ordusu bütün işğal olunmuş torpaqları azad edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.