İDMAN
Olimpiya çempionu: Milli Gimnastika Arenasında mehriban mühit hökm sürür
Bakı, 15 fevral, AZƏRTAC
Milli Gimnastika Arenasını çox sevirəm, buranın çox rahat zal var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarında iştirak edən Olimpiya çempionu, çinli gimnast Donq Donq deyib.
Olimpiya çempionu qeyd edib ki, Milli Gimnastika Arenasında mehriban mühit hökm sürür. Yarışlara hazırlıq üçün bütün şərait yaradılıb. Ümid edirəm ki, yaxşı nəticələr əldə edərək dünya kubokunun qalibi olacağam. İdmanda əvvəldən proqnoz vermək çətin olsa da, mən qələbəmə inanıram.
"Əsas rəqiblərim komanda yoldaşlarımdır. Qao Ley çox güclü gimnastdır. Ondan başqa, Rusiyadan da güclü rəqiblərim var", - deyə Donq Donq əlavə edib.
Qeyd edək ki, iki gün davam edəcək dünya kuboku yarışlarında 30 ölkədən 150-dək gimnast mübarizə aparır. Yarış Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.