İDMAN


Olimpiya çempionumuz “Alans” turnirində fərqlənib

Bakı, 10 dekabr, AZƏRTAC

Şimali Osetiyanın paytaxtı Vladiqafqazda sərbəst güləş üzrə “Alans” turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında Olimpiya və dünya çempionu Şərif Şərifov və Məhəmmədhacı Xatiyev (hər ikisi 92 kq) yarışda ölkəmizi təmsil ediblər.

Aslanbek Alborov son anda zədə üzündən xalça üzərinə çıxa bilməyib. Digər təmsilçilərimizə gəlincə, M.Xatiyev 1/8 finalda mübarizəni dayandırsa da, Ş.Şərifov bürünc medal qazanaraq min ABŞ dolları pul mükafatına sahib çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.