İDMAN
Olimpiya məşəli estafetinin marşrutuna “Fukusima-1” AES-in yerləşdiyi şəhər də daxil edilib
Tokio, 24 yanvar, AZƏRTAC
Yaponiyanın Fukusima prefekturasının Olimpiya məşəli estafeti komitəsi “Fukusima-1” atom elektrik stansiyasının (AES) yerləşdiyi şəhərin məşəlin səyahət marşrutuna daxil olunması barədə qərar qəbul edib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, komitənin üzvləri əvvəlcə keçirilən görüşlərin birində hökumətin Futaba şəhərində təxliyəni ləğv edəcəyi təqdirdə həmin yaşayış məntəqəsinin marşruta daxil olunması barədə razılaşıblar. Bu şəhər 2011-ci ildəki atom qəzasından sonra təxliyə qərarının davam etdiyi üç bələdiyyədən biridir.
Ötən həftə hökumət martın 4-dən başlayaraq bu şəhərin bir neçə rayonunda təxliyənin ləğv olunması barədə qərar qəbul edib.
Xatırladaq ki, Fukusima prefekturasında məşəl estafeti martın 26-da başlayacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio