İDMAN


“Olimpiya ümidləri” layihəsi çərçivəsində karateçilər üçün növbəti məşq keçirilib

“Olimpiya ümidləri” layihəsi çərçivəsində karateçilər üçün növbəti məşq keçirilib

Bakı, 27 mart, AZƏRTAC

Azərbaycan Milli Karate Federasiyasının 14-15 yaşlı yeniyetmələrdən ibarət milli komandanın heyətinə daha yüksək səviyyəli idmançıların cəlb olunması məqsədilə həyata keçirdiyi yeni layihə davam edir.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində növbəti məşqi kişilərdən ibarət milli komandanın baş məşqçisi, Əməkdar məşqçi Qurban Tağıyev keçib. Məşqçi Novruz Əliyevin assistentliyi ilə təşkil olunan məşqdə paytaxt və bölgələrdən 25-dək idmançı iştirak edib.

“Olimpiya ümidləri” layihəsində 12-13 yaşlı uşaqlar arasında respublika çempionatının mükafatçıları iştirak edirlər. Belə ki, həmyaşıdları arasında fərqlənən perspektivli karateçilər həftədə bir dəfə xüsusi hazırlıq keçirlər. Məşqlər tanınmış karateçilər və milli komandaların məşqçilər heyəti tərəfindən keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.