İDMAN


“Olimpiya” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 11-də Bakı vaxtı ilə saat 22:00-da futbol üzrə UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, “Stojice” stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti açıqlanıb.

“Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Miçel, Mahir Mədətov, Abdulla Zubir, Filip Ozobiç, Yakup Jezniçak, Bədavi Hüseynov, Vild-Donald Qerye və Coşğun Diniyev yer alıblar.

“Olimpiya”nın ilk onbirliyində isə meydana Alyaj İvaçiç, Maki Banyak, Marko Qaiç, Rok Kronaveter, Abas İssa, Aris Zarifoviç, Dino Ştiqlets, Marko Putinçanin, Ştefan Saviç, Tomislav Tomiç və Daniel Avramovski çıxacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.