İDMAN


Olivye Jiru “Milan” klubuna transfer olunub

Bakı, 17 iyul, AZƏRTAC

İtaliyanın “Milan” klubu İngiltərənin “Çelsi” komandasının futbolçu Olivye Jirunu transfer edib.

AZƏRTAC İtaliya təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, 35 yaşlı fransalı hücumçu klub ilə ikiillik müqavilə imzalayıb.

Təcrübəli forvard yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Olivye Jiru “Çelsi”də keçirdiyi 2,5 ildə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasını, həmçinin İngiltərə Liqa Kubokunu qazanıb. O, London təmsilçisinin heyətində meydana çıxdığı 119 oyunda 39 qol vurub və 14 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.