İDMAN


Olivye Jiru yeni rekorda imza atıb

Olivye Jiru yeni rekorda imza atıb

Bakı, 28 mart, AZƏRTAC

Futbol üzrə Fransa millisinin hücumçusu Olivye Jiru yeni rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, o, buna “Avro-2024”ün seçmə mərhələsinin ikinci turunda İrlandiya ilə görüşdə (1:0) iştirak etməklə nail olub. Jiru 36 yaş 178-ci günündə meydana çıxıb. Beləliklə, o, 2000-ci ildən Fransa millisində rəsmi matçda oynayan ən yaşlı futbolçu adına yiyələnib. Jiru bu göstəricidə Lilian Tyuramı (36 yaş 164 gün) geridə qoyub.

Futbolçu qarşılaşmada start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.

Jiru Fransa millisinin heyətində 121 oyuna çıxıb və 53 qol vurub. Hücumçu Fransa millisinin tarixində ən çox qol vuran futbolçudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.