Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir

Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi sayəsində Vətən müharibəsində parlaq Qələbə qazanan ölkəmiz bu gün özünün ən qüdrətli dövrünü yaşayır, münaqişə həll olunaraq bölgədə yeni reallıqlar yaranıb. Dövlətimizin başçısının rəhbərliyi ilə Qarabağ regionunda nəhəng quruculuq işləri aparılır.

Eyni zamanda, Azərbaycan həqiqətləri, düşmənin torpaqlarımızda törətdiyi müharibə, insanlıq əleyhinə və digər cinayətləri dünya ictimaiyyətinin geniş diqqətinə çatdırılır, bu prosesdə həmçinin, vətəndaş cəmiyyəti institutları yaxından iştirak edirlər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bununla bağlı ədliyyə nazirinin müavini Toğrul Musayevin sədrliyi ilə keçirilən aidiyyəti işçilərin iştirak etdiyi müşavirədə dövlətimizin başçısının hücum diplomatiyasından və ictimai iştirakçılıqla bağlı tapşırıqlarından irəli gələn ədliyyə orqanlarının vəzifələri müzakirə olunub.

Çıxış edən nazir müavini bildirib ki, Prezident İlham Əliyevin qəti iradəsi, müdrik xarici siyasəti və bənzərsiz diplomatik məharəti, xalqımızı dəmir yumruq kimi sıx birləşdirməsi, qələbəmizin rəmzinə çevrilmiş şüarları və müraciətləri, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın vətənpərvər və sosial çağırışları hər bir azərbaycanlını düşmənlə mübarizəyə, Azərbaycanın mövqeyini təkcə döyüş meydanında deyil, həmçinin beynəlxalq müstəvidə, informasiya savaşında qorumağa səfərbər edir.

O, xüsusi vurğulayıb ki, yeni hədəflərə nail olmaq üçün ölkə rəhbəri tərəfindən hücum siyasətinin müəyyən olunması beynəlxalq müstəvidə daha fəal iş aparılmasını, hadisələrə çevik və tutarlı münasibət bildirilməsini, bütün istiqamətlər üzrə fəaliyyətin bu tələblərə uyğun qurulmasını labüd edir.

Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən ölkəmizin həqiqətlərinin təbliği, Ermənistanın qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir.

Bu sahədə görülən işlər barədə məlumat verən Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov müharibə və postkonflikt dövründə respublikamızın ədliyyə naziri tərəfindən xarici həmkarlarına və nüfuzlu beynəlxalq təşkilatlara 400-dən çox müraciət, BMT, Avropa Şurası və digər mötəbər qurumların təşkil etdiyi yüksək səviyyəli tədbirlərdə çıxışlar edilərək Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətlərinə reaksiya verməyə, azad olunmuş torpaqlarımızda işğal dövründə quraşdırdıqları mina xəritələrinin verilməsi üzrə beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün təsir göstərməyə çağırışlar edildiyini vurğulayıb.

Bildirib ki, nazirliyin müraciətləri reaksiyasız qalmayıb, onlara münasibət bildirilərək regionumuza humanitar yardım göstərilməsi vurğulanıb, xarici muzdluların münaqişə zonasına cəlb olunması pislənilib, mülki əhalinin, o cümlədən minaya düşərək həlak olmasından narahatlıq ifadə edilib.

Həmçinin Ermənistanın törətdiyi cinayətlərin ölkəmizdə araşdırılması ilə bağlı 40-a yaxın dövlətdə zəruri istintaq hərəkətlərinin aparılmasına dair nazirlik tərəfindən onlarla sorğu göndərildiyi, ümumilikdə isə cari ildə mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı 10 mindən çox sənəd icra olunduğu bildirilib.

Ötən ay Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair imzalanmış Şuşa Bəyannaməsinin əməkdaşlıq üçün yeni imkanlar yaratdığı, iki ölkənin Ədliyyə akademiyaları arasında imzalanmış Anlaşma Memorandumunun bu tarixi Bəyannaməyə istinad olunan ilk sənədlərdən olduğu vurğulanıb. Həmçinin Özbəkistanın məhkəmə-hüquq sistemində nailiyyətlərimizə və müsbət təcrübəmizə böyük marağı nəzərə alınaraq ölkələrimizin Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanıb. Hazırda Avropa, Asiya və Afrika qitələrindən 33 dövlətin Ədliyyə nazirlikləri ilə imzalanmış sənədlər əsasında səmərəli əməkdaşlıq həyata keçirilir.

Müşavirədə Azərbaycan həqiqətlərinin təbliği məqsədilə nazirlik tərəfindən aparılan "Qarabağ Azərbaycandır!" üçdilli (Azərbaycan, ingilis və rus) elektron məlumat platformasının interaktiv fəaliyyəti, Vətən müharibəsində parlaq qələbəmizə, Müzəffər Ali Baş Komandanın hərbi, siyasi, diplomatik uğuruna həsr olunan maarifləndirici tədbirlərin keçirildiyi, əyani vəsaitlərin hazırlandığı diqqətə çatdırılıb, bu zaman vətəndaş cəmiyyəti institutlarının, KİV-lərin və sosial platforma imkanlarından geniş istifadə edildiyi bildirilib.

Qeyd olunub ki, cari ildə nazirlik tərəfindən aparılmış hüquqi maarifləndirmə işinin sayı 3200-ə yaxın olub, o cümlədən KİV-də 2800-dək çıxışlar edilib. Həmçinin sosial media hesablarında Böyük Qələbəyə, Ermənistanın qanunsuz əməllərinin ifşasına, azad edilmiş torpaqlarımızın dirçəldilməsi ilə bağlı görülən işlərə və nazirliyin digər istiqamətlərdə fəaliyyətinə dair 450-dək paylaşımlar edilib, rəsmi internet saytından (justice.gov.az) bəhrələnənlərin sayı 400 mini ötüb.

Tədbirə yekun vuran nazir müavini T.Musayev bu sahədə fəaliyyətin ölkə başçısının müəyyən etdiyi yeni çağırışlara uyğun qurulması və işin səmərəliliyin artırılması, informasiya və vahid kommunikasiya siyasətinin həyata keçirilməsi, Azərbaycan həqiqətlərinin postkonflikt dövründə dünyaya geniş çatdırılması, beynəlxalq müstəvidə və informasiya platformalarında daha fəal iş aparılması ilə bağlı konkret tapşırıqlar verib.

Azad edilmiş ərazilərin bərpası və digər məsələlərin həlli ilə bağlı yaradılmış və nazirliyin rəhbərliyinin təmsil olunduğu Əlaqələndirmə Qərargahı və onun nəzdində İdarələrarası Mərkəz çərçivəsində görülən tədbirlərə toxunularaq bu istiqamətdə fəaliyyətin aktivləşdirilməsinin vacibliyi vurğulanıb.

Bundan əlavə, beynəlxalq müqavilələrdən, insan hüquqlarına dair konvension öhdəliklərdən irəli gələn vəzifələrin mütəşəkkil icrası, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, həmçinin ədliyyə sahəsində ictimai iştirakçılıq mexanizmlərinin təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı digər zəruri tədbirlər müəyyən edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Coca-Cola” gəncləri Novruz bayramı münasibətilə təbrik etdi

® Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul olub

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir

Çiçəkçilik sevdası: Hobbi necə biznesə çevrildi? – MÜSAHİBƏ

Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir FOTO

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

® “Xonça” məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənib

Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

“İnter”in futbolçusu irqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib