REGİONLAR
Ölkə Prezidentinin son sərəncamları Şəkinin əmək kollektivləri tərəfindən böyük razılıqla qarşılanıb
Şəki, 13 mart, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Prezidentin siyasətinin mərkəzində insan amili dayanır. Onun amalı qurub-yaratmaq, xalqını daha xoş günə çıxarmaq, firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq dövlətimizin başçısının həyat fəlsəfəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər martın 13-də Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində keçirilən ümumi yığıncaqda səsləndirilib.
Tədbirdə məktəbin direktoru Tərlan Məmmədov, həmkarlar təşkilatının sədri Qurban Mustafayev, Şəki Regional Mədəniyyət İdarəsinin mətbuat katibi və “Mədəniyyət qalası” qəzetinin baş redaktoru Yusif Rəhimov çıxış edərək Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə keçirdikləri görüşdə səsləndirilən fikirlərlə bağlı təəssüratlarını bildiriblər.
Qeyd olunub ki, son vaxtlar ölkə miqyasında aparılan innovativ islahatlar, xüsusilə mədəniyyət sahəsinin tərəqqisinə, mədəniyyət işçilərinin sosial həyat şəraitinin yüksəldilməsinə yönəldilən sərəncamlar, qəbul edilən qərarlar əmək kollektivlərində böyük ruh yüksəkliyi yaradıb. Sözlə əməlin vəhdət təşkil etdiyi reallıqlar ölkənin bütün vətəndaşlarını daha əzmlə çalışmağa və Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməyə səsləyir.