CƏMİYYƏT


Ölkə əhalisinin illik artım sürəti 1, 3 faizə yaxındır

Bakı, 31 oktyabr, AZƏRTAC

Ölkəmiz demoqrafik baxımdan sabit inkişaf edir. Təkcə bu faktı göstərmək kifayətdir ki, 2006–2017-ci illər ərzində respublikamızda əhalinin orta illik artım sürəti 1,3 faizə yaxın olub. Bu, Avropa ölkələri arasında ən yüksək göstəricilərdən biri sayılır.

AZƏRTAC xəbər verir ki, bu, ölkə başçısının təsdiq etdiyi “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamda da öz əksini tapıb.

Həmin Sərəncamda göstərilir ki, hazırda ölkədə doğulanların sayı ölənlərin sayını 3 dəfəyə yaxın üstələyir. Azərbaycanda əhalinin sayı bu il yanvarın 1-nə 9898,1 min nəfər olaraq göstərilib. Ölkə əhalisinin 52,9 faizi şəhərlərdə, 47,1 faizi isə kəndlərdə yaşayır, əhalinin 50,1 faizini isə qadınlar təşkil edir.

BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.