CƏMİYYƏT


Ölkə ərazisində ən yuxarı və aşağı temperaturlar hansı bölgələrdə qeydə alınacaq?

Bakı, 18 fevral, AZƏRTAC 

Fevralın 19-da Azərbaycanda ən yüksək temperatur Mərkəzi Aran rayonlarında qeydə alınacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Mərkəzi Aran rayonlarında havanın temperaturunun gündüz 8-13° isti olacağı ehtimal edilir.

Ölkə ərazisində ən aşağı temperatur isə Naxçıvan Muxtar Respublikasında və Yuxarı Qarabağ zonasında müşahidə olunacaq. Belə ki, həmin bölgələrdə gecə 2-7° şaxta olacağı proqnozlaşdırılır. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərində gecə 10-15° şaxta olacaq.

Bakıda və Abşeron yarımadasında isə havanın temperaturunun gecə 4-6°, gündüz 8-11° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.