CƏMİYYƏT


Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb

Bakı, 30 mart, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə martın 30-u gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Naxçıvanda 15, Sədərəkdə 11, Balakəndə 9 , Sarıbaşda (Qax) 8, Zaqatalada 7, Şərur, Şahbuz, Ordubadda 6, Qəbələ, Ağdərədə (Ordubad) 4, Kişçay (Şəki), Şəmkir, Gədəbəy, Göygöldə 3, Lerik, Daşkəsən, Xınalıq, Gəncədə 2, Şəki, Şamaxı, Mərəzə, Quba, Xaltan, Tərtər, Bərdə, Beyləqan, Sabirabad, Cəfərxan, Biləsuvar, Neftçala, Lənkəran, Astara, Şahdağ, Tovuz, Ağstafa, Naftalanda 1, Bakıda 3, Zabrat, Maştağada 2 millimetr təşkil edib.

Sumqayıt, Daşkəsən, Göygöl, Şəmkir, Lerik, Sarıbaş, Balakən, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub.

Havanın temperaturu iqlim normasından 3.4° yuxarıdır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19°-dək, Aran rayonlarında 12-18°, dağlıq rayonlarda 6°-dək, Naxçıvan Muxtar Respublikasında 8-14° isti qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.