CƏMİYYƏT


Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb

Bakı, 2 aprel, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gözlənildiyi kimi, aprelin 2-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Şərurda 6, Ordubad, Sədərəkdə 5, Naxçıvanda 4, Ağdam, Altıağac, Neftçalada 3, Balakən, Oğuz, Şamaxı, Mərəzə, Beyləqan, Salyan, Biləsuvar, Yardımlı, Astara, Şahbuzda 2, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Bərdə, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Xınalıq, Şabran, Şahdağda 1, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Maştağada 4, Bakı, Zabratda 3 millimetr olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 1 santimetrə çatıb.

Sumqayıt, Göygöl, Naftalan, Xaçmaz, Quba, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi əsib, arabir Naftalan, Gəncədə 18, Salyanda 17, Şərur, Şəmkirdə 16 metr/saniyəyədək güclənib.

Aprelin 1-də temperatur Bakıda iqlim normasından 6° yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-20°, Aran rayonlarında 18-23°, dağlıq rayonlarda 13°-dək, Naxçıvan Muxtar Respublikasında 12-19° isti olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.