CƏMİYYƏT
Ölkə ərazisində havanın hərarəti 17 dərəcəyə yüksələcək
Bakı, 27 mart, AZƏRTAC
Ölkə ərazisində martın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, gecəyə doğru isə çiskin olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7°, gündüz 11-14° isti, Bakıda gecə 5-7°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Zəif qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-5°, gündüz 10-15° isti, dağlıq ərazilərdə gecə 5-7° şaxta olacağı ehtimal edilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 10-15° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacağı proqnozlaşdırılır.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 12-17° isti olacağı bildirilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6°,
gündüz 8-13° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 2-7° isti olacaq.