CƏMİYYƏT


Ölkə ərazisində havanın temperaturu iqlim normasından 1,5 dərəcə aşağı olub

Bakı, 26 may, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı səhərədək olan məlumatına əsasən, ölkə ərazisində bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Ağstafada 10, Şərurda 5, Gədəbəydə 4, Balakən, Ceyrançöl, Tovuzda 2, Şahbuz, Ordubad, Ağdərə (Ordubad), Naxçıvan, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Zaqatala, Qusar, Mingəçevir, Yevlax, Kürdəmir, Kişçay (Şəki), Xınalıqda 1 millimetr olub.

Qərb küləyi Naftalanda 26, Gəncədə 24, Bərdə, Xınalıqda 20, Mingəçevirdə 18, Naxçıvanda 16, Şəmkirdə 15, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda 16 metr/saniyəyədək güclənib.

Havanın temperaturu iqlim normasından 1.5° aşağı olub. Belə ki, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 19-22°, Aran rayonlarında 20-26°, dağlıq rayonlarda 8-13°, Naxçıvan Muxtar Respublikasında 20-23° isti təşkil edib.

Qeyd edək ki, mayın 26-sı gündüz və mayın 27-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.