CƏMİYYƏT


Ölkə ərazisində müşahidə olunan faktiki hava proqnozu açıqlanıb

Bakı, 23 may, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin mayın 23-ü saat 21:30-a olan məlumatına əsasən Daşkəsən, Zaqatala, Quba, Qusar, Şəki, Şəmkir, Mingəçevir və Şəkidə yağış yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, şimal-qərb küləyinin sürəti Neftçalada saniyədə 35, Naftalanda 32, Gəncədə 28, Tovuz, Ağstafa, Tərtərdə 25, Yevlaxda 23, Ağdam, Xaçmazda 20 metrə çatıb.

Həmçinin külək Maştağada 38, Bakıda 30, Neft Daşlarında 29, Pirallahı, Qum adasında 25, Sumqayıt, Ələtdə 24, Binədə 23, Zabratda 20 metr/saniyəyədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.3 metrə çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.